AZ

Soydaşlarımız Berlində Prezident İlham Əliyevi “Yaşasın Ali Baş Komandan!”, “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyada işgüzar səfərdədir.

APA-nın Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Berlində yaşayan azərbaycanlılar Prezident İlham Əliyev rəsmi şəxslərlə görüş üçün gəldiyi əraziyə toplaşaraq, dövlət başçısının kortejini qarşılayıblar.

Soydaşlarımız dövlət başçısı avtomobildən düşəndə “Yaşasın Ali Baş Komandan!”, “Yaşasın Azərbaycan Ordusu!”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndiriblər.

Prezident İlham Əliyev də, öz növbəsində, həmvətənlərimizi salamlayıb.

Seçilən
44
6
Mənbələr
Şərh ()
Bağla