AZ

PSJ-yə keçməyə yaxındı

Viktor Osimhenin mövsümün sonunda “Napoli”ni tərk etmək ehtimalı bir qədər də artıb.

“Football-plus.az” xəbər verir ki, onun yeni mövsümə Fransada başlayacağı məlum olub. Bunu iddia edən “Il Mattino” nəşri nigeriyalı hücumçunun artıq PSJ ilə razılığa gəldiyini yazıb. İtaliya qəzeti Paris klubunun Viktora görə 120 milyon avro ödəməyə razılaşıb. Futbolçunun yeni klubu ilə 4 illik müqavilə imzalayacağı və ilə 13 milyon avro maaş alacağı da bildirilib. Qeyd edək ki, Osimhenin “Napoli”də aldığı məvacib də təxminən bu qədərdi.
O, İtaliya klubunda 2020-ci ildən çıxış edir. Viktor bu mövsüm meydana çıxdığı 28 oyunda 15 qolun və 4 məhsuldar ötürmənin müəllifi olub.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla