AZ

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

Bakı, 26 aprel, AZƏRTAC

ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında ikili diplom proqramı çərçivəsində keyfiyyət tədqiqatı ilə bağlı Təhsil İnstitutunun əməkdaşları üçün təlimlər keçirilib.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, təlimlərin əsas məqsədi keyfiyyət tədqiqatı və data analitikası sahəsində ilkin biliklərə yiyələnməkdir. İlkin təlimlərdə tədqiqatın məqsədi, tədqiqat sualının formalaşdırılması, müvafiq tədqiqat metodologiyasının seçilməsi, məlumatların toplanması vasitələri ilə bağlı müzakirələr aparılıb.

Təlimlərdə ümumilikdə 22 nəfər iştirak edir. ABŞ-ın Corc Vaşinqton Universitetinin professorları və CVU ilə ADPU arasında ikili diplom proqramının direktorları Kolin Qrin və Sevinc Məmmədova təlimçi kimi çıxış ediblər.

Qeyd edək ki, təlimlər yay aylarında yenidən keçiriləcək.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla