AZ

Məktəblərimizdə tərbiyə işini gücləndirməliyik.

TehsilForumu.Az - ın əldə etdiyi məlumata görə mövzu ilə bağlı açıqlamasında VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, məktəblərimizdə tərbiyə işini gücləndirməliyik. Ceyhun Məmmədovun sözlərinə görə, bu məsələnin kökünü araşdırmaq lazımdır ki, müəllim ədalətli davranıb 3 verib, yoxsa şagirdin qiymətini kəsdiyinə görə uşaq bu addımı atıb:“Bu hadisədə, əslində, bir çox səbəblərin rolu var. Birinci ən əsas səbəblərdən biri cəmiyətdə müəllimə münasibətin dəyişməsidir. Bəzən biz özümüz müəllimləri aşağılayaraq nüfuzdan salırıq. Eyni zamanda, valideynlərin zaman-zaman müəllimlərin işinə, məktəbə müdaxiləsi, müəllimlərlə bağlı övladlarına düzgün tərbiyə verməməsi bu məsələyə ciddi təsir göstərir. Əslində, əvvəlki dövrə baxsaq, cəmiyyətdə hər zaman müəllimə ən yüksək münasibətin olduğunu görərik. Sanki müəllim bir müqəddəs varlıq idi. Yəni o dövrdə cəmiyyətdə müəllimə bu dərəcə gözəl münasibət var idi. İndi isə zaman-zaman həm bizim müasir qurumlar, həm də ailələr tərəfindən müəllimin əməyinin düzgün qiymətləndirilməməsi bu prosesə öz təsirini göstərir. Artıq cəmiyyətdə çox təəssüfki müəllimin nüfuzu və hörməti aşağı düşüb. Dəfələrlə bu məsələyə münasibət bildirəndə qeyd etmişəm ki, biz həm ailələrimizdə, həm məktəblərimizdə müəllimin nüfuzuna xələl gətirə biləcək açıqlamaların verilməsindən çəkinməliyik. Düzdü, müəllimin yaxşısı, pisi, savadlısı və savadsızı var. Bu hər zaman hər sahədə olub.  İkinci məsələ həm məktəblərdə, həm də ailələrdə tərbiyə işinin düzgün qurulmamasıdır. Təəsüf ki, bu gün nə məktəblərimiz, nə də ailələrimiz övladları ilə tərbiyə işini düzgün qura bilir. Yəni bu gün məktəb yalnız təhsil verməklə məşğuldur və bununla da işini bitmiş hesab edir. Tərbiyə iki yerdə verilir. Birincisi, ailədə, təəssüf ki, bəzi ailələrin özlərinin tərbiyəsi olmadığına görə övladlarına bu tətbiyəni verə bilmirlər. Belə olduqda, artıq bu missiya məktəbin və müəllimin üzərinə düşür. Valideyn isə övladına müəllimə hörmət etməyi aşılamalıdır. Digər mühüm məsələ isə ədalətdir. İndi bu məsələnin dərinliyini bilmirəm. Amma mən dəfələrlə müəllim ədalətsizliyinin şahidi olmuşam, hətta mənə şikayətlər olunub. Sözügedən məsələnin səbəbi həqiqətən ədalətli ya ədalətsiz olub bilmirəm. Bir sıra hallarda həm orta məktəb, həm də universitet müəllimləri öz tələbələri və şagirdləri ilə ədalətlə davranmırlar. Xüsusilə, ali təhsil müəsisələrində tələbə 5 almalıdırsa, müəllim əsassız yerə ona 3-4 verir. Ədalət prinspi qorunmalıdır. Müəllim özü də ədalətli olmalıdır. İndi uşaq başa düşməyə və anlayışı olmaya bilər. Amma müəllimin yanlış hərəkət etməsi və ya şagirdə hörmətsiz, ədalətsiz münasibət bəsləməsi qəbul edilməzdir. Ona görə o məsələnin kökünü araşdırmaq lazımdır ki, müəllim ədalətli davranıb 3 verib, yoxsa şagirdin qiymətini kəsdiyinə görə uşaq bu addımı atıb. Şagirdin bütün fənlərdən qiyməti 3 ola bilər. Bu, o demək deyil ki, həmin fəndən də 3 almalıdır. Əgər müəllim arqument gətirirsə ki, uşaq bütün fənlərdə 3 alıb, yəni, bu əsas deyil. Ola bilər ki, digər fənlərdə 3 alıb, amma bu müəllimi fənnini daha yaxşı bilib. Müəllimlərimiz də, ailələrimiz də diqqətli olmalıdır. Çünki bu gün getdikcə cəmiyyətdə dəyərlərin deqradasiyasını, mənəvi aşınmasını görürük. Çətin bir dövrə düşmüşük. Bu prosesdə də nə məktəb, nə ailə öz rolunu tam oynaya bilir. Bu təkcə bizdə deyil, dünyanın ayrı-ayrı ölkələrində də var. Amma biz bu barədə ciddi şəkildə düşünməliyik. Bir insan çox savadlı ola bilər, amma onun tərbiyəsi yoxdursa, cəmiyyət üçün təhlükəli olacaq. Bu gün bizim ailələrin əksəriyyəti uşaqlarının savadına çox önəm verir. Bu qürurvericidir. Amma valideyn tərbiyə işinə önəm verməyən zaman bu məni həqiqətən də üzür. Bizə tərbiyəli, qanacaqlı, mənəviyyatı olan gənclik lazımdır. Ona görə bu rolu gücləndirməyə, diqqətli olmağa, məktəblərdə tərbiyə işinə daha həssas yanaşmağa çalışmalıyıq. Bu tərbiyə işi formal olmamalıdır. Əksər məktəblərimizdə bu özünü göstərmədiyi üçün zaman-zaman belə problemlərlə qarşılaşırıq”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
44
tehsilforumu.az

10Mənbələr