AZ

Gənclərin inkişafı bizim də inkişafımız deməkdir – Aynurə Salmanlı (ÖZƏL)

Bakı, TurkicWorld

Gənclərin inkişafı bizim də inkişafımız deməkdir.

Bu barədə TurkicWorld-a “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı müsahibə verib.

GMD-nin əsas məqsədləri, missiyaları mənəvi dəyərləri nələrdir?

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin əsas məqsədləri, gənclərin sosial inkişafının artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi, gənclərin özlərini inkişaf etdirə bilməsi üçün müxtəlif təlimlər, proqramlar, layihələrin keçirilməsi ilə bağlıdır.

Mənəvi dəyərləri isə ondan ibarətdir ki, gənclər ailə prinsiplərinə və mənəvi dəyərlərə əsaslanaraq, komanda şəklində işləyərək, öz fəaliyyətlərini həyata keçirirlər.

Təşkilatın hansı layihələri və ya təşəbbüslərini ən uğurlu hesab edirsiniz?

Təşkilatımız artıq 12 ildir ki, fəaliyyət göstərir. Son illərdə ən yaxşı və ən təşəbbüskar layihələrimiz "Gənclərin Liderlik Akademiyası" və "Gənclərin Məşğulluq Məktəbi" düşərgələrimizdir. Bizim bu layihələrimiz gənclərin sevimlisinə çevrilib və hər il olmaqla, bu layihələr həyata keçirilir.

Yaxın bir neçə ildə GMD-ni necə inkişaf etdirməyi planlaşdırırsınız? Gələcəkdə onu harada görürsünüz?

Düşünürəm ki, GMD, müxtəlif layihələr həyata keçirəcək və ən böyük uğurlara imza atacaq. Bu imzaları atmaqda bizim ən əsas məqsədimiz gənclərin inkişafı ilə bağlıdır. Gənclər nə qədər inkişaf edərsə, GMD də o qədər inkişaf edəcəkdir. Gələcək illərdə müxtəlif layihələr keçirməyə davam edəcəyik və bu layihələrin gənclərin inkişafına böyük dəstək olacağını düşünürük. Biz bu günə kimi 12 minə yaxın gəncə çatmışıq və bu sayı iki qatına artırmağı planlayırıq.

Bir sonraki il üçün hədəfləriniz nələrdir?

GMD-nin layihələrindən daha çox gəncin yararlanması üçün komandamız daima çalışır və əminəm ki, daha ucalardan adımız duyulacaq. Bizim gələcək illərimizdə layihələrimiz müxtəlifdir və bu layihələrin gənclərin inkişafına böyük dəstək olacağını düşünürük. Biz bu günə kimi çatdığımız gənclərin sayının 2 qatına çatmağı planlayırıq, çünki gənclər hər zaman artmaqda davam edir. Gələcək fəaliyyətimizlə bağlı Liderlik Akademiyası yenidən keçiriləcək. GMD-nin gələcək yaşında nəinki Liderlik Akademiyası, müxtəlif düşərgələr planlar, proqramlar həyata keçiriləcək. Onu da qeyd etmək istərdik ki, GMD-nin əsas fəaliyyəti Bakıda yaşayan gənclər deyil, respublika gənclərini əhatə edir.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
19
turkic.world

10Mənbələr