AZ

Avtobusun aşması zamanı vəfat edən 18 yaşlı Məryəm barədə təsirli fakt - Ötən il... - Foto

Dünən faciəli şəkildə ölən Məryəm tələbə imiş.O, Azərbaycan Dövlət Texniki Universitetinin 1-ci kursunu bitirib. Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin şagirdi olmuş 2006-cı il təvəllüdlü Məryəm Maqsud qızı Ağayeva 2023-cü ildə buraxılış imtahanında yüksək nəticə göstərənlərin sırasında yer alıb. Mərhum 600-dən çox bal toplayaraq tələbə adını qazanıb.Qeyd edək ki, Nazim Hüseynovun idarə etdiyi "Neoplan" markalı, 99-JH-667 dövlət nömrə nişanlı avtobusla onun qarşısındakı eyni istiqamətdə, Bakıdan Sumqayıta gedən Adil Yunisovun idarə etdiyi 42 nömrəli, ISUZU markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusun toqquşması nəticəsində ISUZU yoldan çıxaraq aşıb. Hadisə zamanı bir nəfər ölüb, 18 nəfər yaralanıb. / Oxu.az

Seçilən
124
30
millishow.az

10Mənbələr