AZ

Gəncənin bir sıra ərazilərində qaz olmayacaq

Gəncə şəhərinin bir hissəsində qazın verilişi dayandırılıb.

E-huquq.az-ın məlumatına görə, saat 10:00-dan qazın təchizatında fasilə yaranıb.

Gəncə Regional Qaz İstismar İdarəsindən bildirilib ki, kipliyə sınaq və digər təmir-bərpa işləri ilə əlaqədar olaraq 2-ci şəhər xəttində (şəhərin bir hissəsi) qaz təminatı dayandırılıb.

Qeyd edək ki, görülən işlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
9
e-huquq.az

10Mənbələr