AZ

Gəncənin bir hissəsində qazın verilişi dayandırıldı

Gəncə şəhərinin bir hissəsində qazın verilişi dayandırılıb.

Teleqraf.com xəbər verir ki, saat 10:00-dan qazın təchizatında fasilə yaranıb.

Gəncə Regional Qaz İstismar İdarəsindən bildirilib ki, kipliyə sınaq və digər təmir-bərpa işləri ilə əlaqədar olaraq 2-ci şəhər xəttində (şəhərin bir hissəsi) qaz təminatı dayandırılıb.

Qeyd edək ki, görülən işlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
9
teleqraf.com

10Mənbələr