AZ

"Ukrayna Baş Kəşfiyyat İdarəsi Rusiyaya genişmiqyaslı kiberhücumu başa çatdırıb" - "Reuters"

 
"Rusiyalılara öz rəqəmsal infrastrukturuna qəbir qazmağı məsləhət görürük..."
 
"Hücum fasiləsiz olaraq bir həftə ərzində davam edib  və milyonlarla rusiyalı bunu hiss edib..."
 
İyulun 30-da axşam Ukraya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin kibermütəxəssisləri təcavüzkar Rusiyanın internet-infrastrukturuna kiberhücumlar tarixində ən böyük hücumunu başa çatdıraraq kritik mühüm resursları məhv edib və çoxlu sayda konfidensial məlumatlar əldə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "'Reuters" agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, hücum fasiləsiz olaraq bir həftə ərzində davam edib və Rusiyanın bütün əsas bankları, o cümlədən Mərkəzi Bankı, telekommunikasiya xidmətlərinin provayderləri, milli ödəniş sistemləri, sosial şəbəkələr və meneserlər, hökumət resursları və onlarla digər servislərin onlayn-servislərini sıradan çıxarıb.
 
Hücum edilən bütün resurslar bu və ya digər şəkildə təcavüzkar dövlətin Ukraynaya qarşı hərbi təcavüzünün maliyyələşməsinə cəlb edilib.
 
Agentliyin həmsöhbətinin sözlərinə görə, əsasən BTB-Bank, Alfa Bank, SberBank, Rayffayzen Bank, RSXB Bank, Ak "Bars", Rosbank, Qazprombank, T-Bank, IBank, "Dom.RF" bankı və Rusiya Bankı hücuma məruz qalıb.
 
Sonuncu gün həmçinin Rusiya Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Federal Vergi Xidmətinin resurslarına hücum edilib.
 
30 iyun, saat 19:00-a olan məlumata görə, rusiyalılar aparıcı bank və ödəniş sistemləri, mobil operatorlar, sosial şəbəkələr və internet-provayderlərin işinin lazımınca bərpasına nail olmayıb. İndiyədək MN, DİN  və FVX veb-resurslarında fasilələr müşahidə edilir.
 
Rusiya KİV-ləri bunu "ehtimal ki, tarixdə ən güclü kiberzərbə", "xalçavari haker hücumları" və "kiberqoşunların böyük hücumu" adlandırıb.
 
Baş Kəşfiyyat İdarəsinin əməliyyatı nəticəsində Rusiyanın bütün regionlarında internet-xidmətlərindən istifadə edən milyonlarla istifadəçi hiss edib. 
 
Düşmən kiberanalitiklərinin dəyərləndirmələrinə görə, ukraynalı hakerlərin uğurunu nəzərə alaraq növbəti belə hücumların nəticələri ilə bağlı proqnozlar heç də ürəkaçan deyil.
 
"Hazırda əməliyyatın başa çatdığını deyə bilərik. İştirak və yardım edən hər kəsə minnətdarıq. Əlbəttə, bu, daha maraqlı hadisələrin prelyudiyasıdır. 
 
Rusiyalılara öz rəqəmsal infrastrukturuna qəbir qazmağı məsləhət görürük. Bu maraqlı tarixçənin növbəti mərhələsində görüşənədək", - Ukrayna MN BKİ-nin nümayəndəsi əməliyyatın başa çatdığını belə şərh edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
50
moderator.az

10Mənbələr