AZ

İtaliya gələn il Ukraynaya dəstək konfransı keçirəcək

2025-ci il İtaliya Ukraynanın bərpası ilə bağlı konfrans keçirtməyi planlaşdırır. Bu barədə İtliyanın xarici işlər naziri Antonio Tajani deyib.
 
 
"Biz 2025-ci ilin iyununda Ukraynanın yenidən qurulması ilə bağlı konfrans keçirəcəyik, sülh konfransı üzərində işləyirik”, o, " Corriere della Sera” qəzetinə müsahibəsində deyib.
 
Oxşar konfrans bu ilin iyununda Almaniyada keçirilib və Kiyevə yardımla bağlı məsələlər müzakirə olunub. 
 
Rusiya 2021-ci ilin fevralından Ukraynada hərbi əməliyyat keçirtmək barəsində qərar qəbul edib. Baş verən müharibədə Ukraynada çoxlu məcburi köçkün digər ölkələrə miqrant kimi gedib. Amerika və Avropanın 27 ölkəsi Rusiyaya qarşı sərt sanksiya tətbiq edib. Artıq sanksiyaların 14-cü paketi qəbul olunub. Lakin buna baxmayaraq Rusiya öz addımından geri çəkilməyib. Müharibə başlayandan dünyanın bir çox brendləri Rusiyaya etiraz olaraq bazarı tərk etmək qərarı alıblar. 
 
Gülnar 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
26
anews.az

10Mənbələr