AZ

Putin Roma Statutunu imzalayan ölkəyə gedir: Nəyə arxayındır? - ŞƏRH

Rusiya Prezidenti Vladimir Putin daha bir sürpriz addım atıb.

O, sentyabrın 3-də Monqolustana səfər edəcək. Maraqlıdır ki, Monqolustan Roma Statusunu imzalayan ölkələrdən biridir. Putin isə ilk dəfə haqqında həbs qərarı veriləndən sonra bu statutu imzalayan ölkələrdən birinə gedir. 

Bəs bu səfər nə üçün riskli hesab olunmur? Niyə Roma Statutu səfərə problem yaratmır? Putin nəyə arxayındır?

Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlamasında bildirib ki, Vladimir Putinin Roma Statutunu imzalayan ölkələrdən olan Monqolustana səfəri müəyyən suallar yaradır:

357247

"Çünki Roma Statutu Beynəlxalq Cinayət Məhkəməsini yaradan sənəddir. Üstəlik, onu imzalayan ölkələrdə müəyyən cinayətlərdə ittiham olunan şəxslər və dövlət başçıları məsuliyyətə cəlb oluna bilər. 

Fikrimcə, Monqolustan Roma Statutunu imzalayan dövlətlərdən biri olmasına baxmayaraq, beynəlxalq hüquqda müxtəlif vəziyyətlərdə dövlət başçılarına verilən diplomatik imtina prinsipi əsasında Putini saxlamaqdan imtina edə bilər. Bu prinsip dövlət başçılarının xarici səfərlərində müəyyən hüquqi məsuliyyətlərdən azad olmasını nəzərdə tutur". 

Ekspert qeyd edib ki, Monqolustan beynəlxalq arenada balanslı bir mövqe tutmağa çalışır və Rusiya ilə yaxın əlaqələrə malikdir:

"Buna görə də Monqolustan hökuməti Putinin səfəri zamanı Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı hər hansı bir addım atmamaq qərarına gələ bilər. Həmçinin, Rusiya Monqolustan üzərində siyasi və iqtisadi nüfuz sahibidir. 

Putinin Monqolustanın həbs qərarı ilə bağlı hər hansı bir hərəkət etməyəcəyinə dair təminat alması da mümkündür. Bundan başqa, Monqolustan Putin kimi nüfuzlu bir lideri həbs etməyin beynəlxalq səviyyədə ciddi nəticələr doğura biləcəyini nəzərə alaraq ehtiyatlı davrana bilər". 

Politoloq hesab edir ki, Putin bu səfərə çıxmadan əvvəl bütün variantları nəzərdən keçirib: 

"Ona görə də Monqolustana səfər onun təhlükəsizliyinə problem yaratmayacaq. Üstəlik, Monqolustanın dünyada siyasi ambisiyası olmayan dövlətlərdən biri olduğunu da nəzərə almaq lazımdır".

Pərviz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
26
hit.az

10Mənbələr