AZ

"Ukraynaya verdiyimiz "F-16"lar mülki obyektlər üçün istifadə oluna bilməz” - Niderland

“Niderlandın Ukraynaya təhvil verdiyi F-16 qırıcıları mülki obyektlərə qarşı istifadə oluna bilməz”.

 

Sfera.az bunu Niderlandın müdafiə naziri Ruben Brekelmans NOS telekanalına bildirib.

 

Onun sözlərinə görə, Ukrayna Niderland tərəfindən ötürülən F-16 təyyarələrindən, o cümlədən Rusiya ərazisi üzərindən müharibə qanunlarına riayət olunmaq şərti ilə istifadə edə bilər. Xüsusilə, hücumların mülki obyektlərə yönəlməməsi şərtdir.

 

Eyni zamanda, Niderlanda görə, Ukraynanın Rusiyadakı hərbi hədəflərə hücum etmək hüququ var. Buraya Rusiya üzərində raketlərin tutulması və Rusiya qırıcılarının havaya qalxdığı aerodromlara hücum daxildir.


 
Daha əvvəl müdafiə rəisi Onno Eyxelsxaym bildirmişdi ki, Niderland tərəfi Kiyevə ötürülən F-16 qırıcılarının Rusiya üzərindən istifadəsi və uçuş məsafəsi ilə bağlı məhdudiyyətlər qoymur.


Niderland Ukraynanı F-16 təyyarələri ilə təchiz etmək və pilotları hazırlamaq üçün koalisiyada əsas rollardan birini oynayır. Bu təşəbbüs çərçivəsində Niderland tərəfi Kiyevə 24 təyyarə köçürməyi və Rumıniyadakı Avropa təlim mərkəzinin ehtiyacları üçün daha 18 təyyarə verməyi planlaşdırır. Bundan əvvəl “The Times” qəzeti adı açıqlanmayan mənbəyə istinadən yazıb ki, Ukrayna artıq Niderlanddan altı F-16 qırıcısı alıb.

 

Rusiya Prezidenti Vladimir Putin Kiyevə yeni silahların, o cümlədən F-16 təyyarələrinin çatdırılmasının cəbhədəki vəziyyəti dəyişməyəcəyini, əksinə münaqişənin uzanmasına gətirib çıxaracağını vurğulayıb. 

 

Firuzə Əliyeva 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
32
sfera.az

10Mənbələr