AZ

ABŞ və Rusiyanın müdafiə nazirləri nə danışıb? - NYT təfərrüatları açıqladı

"The New York Times" üç mənbəyə istinadən iyulun 12-də Rusiyanın müdafiə naziri Andrey Belousovla ABŞ müdafiə naziri Lloyd Ostin arasında telefon danışığının təfərrüatlarını yazıb. 

Qaynarinfo xəbər verir ki, nəşrin məlumatına görə, söhbət Ukraynanın "Rusiyaya qarşı gizli əməliyyat" hazırlaması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. 

NYT qeyd edir ki, ABŞ səlahiyyətlilərində belə bir məlumat olmayıb.

İyulun 12-də ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinin müavini Sabrina Sinq Belousovla Ostin arasında telefon danışığı barədə məlumat verib. O, nazirlər arasında dialoqun təfərrüatlarını açıqlamayıb. Rusiya hərbi idarəsi bu detalları açıqlamayıb. Bundan əvvəl Andrey Belousov və Lloyd Ostin Amerika tərəfinin təşəbbüsü ilə iyunun 25-də bir-birinə zəng ediblər.

NYT-nin məlumatına görə, Belousov söhbəti Ukraynanın Rusiyaya qarşı hazırladığı əməliyyatla bağlı "xəbərdarlığı çatdırmaq"la başlayıb. Nəşrin mənbələrinə görə, Rusiya hakimiyyət orqanları əməliyyatın ABŞ tərəfindən təsdiqləndiyinə inanırdılar. 

Eyni zamanda, NYT həmsöhbətlərinə görə, Amerika hakimiyyəti bu ittihamdan təəccüblənib və Ostin belə bir plandan xəbərlərinin olmadığını bildirib.

Həmsöhbətlər qeyd ediblər ki, Amerika tərəfi Rusiyadan gələn məlumatı ciddi qəbul edib və ukraynalılara bu planı həyata keçirməməyi xahiş etdikləri mesajı çatdırıb. NYT yazır ki, əməliyyat təhlükəsinin nə dərəcədə real olduğunu və hansı formada ola biləcəyini anlamaq mümkün deyil.

Aydın



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
50
qaynarinfo.az

10Mənbələr