AZ

Prezident sülh sənədindən danışdı

Azərbaycan sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olub. Bunu ölkə Prezidenti İlham Əliyev deyib. 
 
"Artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olmuşuq. Bəli, bu, kiçik bir addımdır. On üç kilometrlik hissə demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədimiz var. Ancaq bu, düzgün istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək”, - Əliyev bildirib. 
 
Prezident bir daha vurğulayıb ki, sülh sənədi 80% razılaşdırılıb. 
 
İyunun 20-də Ermənistan Azərbaycanla yaxın bir ay ərzində sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. 

Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Parlament Assambleyasına (TÜRKPA) üzv ölkələrin parlament rəhbərlərini qəbul edərkən deyib ki,  Ermənistan Konstitusiyasını dəyişdirmədən Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması mümkün deyil. 
 
Daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyan mətbuata bildirib ki, Ermənistan noyabra qədər sülh sazişinin imzalanması ideyası ilə razıdır.  

İyunun  4- də Ermənistan XİN Azərbaycan tərəfdən "Sülh müqaviləsi"nin 9-cu nəşri layihəsi  ilə bağlı təkliflər aldığını deyib.
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılıb. Müvəqqəti olaraq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. Sülhməramlıların missiyası 2025-ci il başa çatır. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirib. İşğaldan azad olunmuş ərazilərdə qalan separatçılar ağ bayraq qaldıdaraq təslim olub. Separatçıların saxta məmurları da həbs olunaraq Bakıya gətirilib. 
 
Hazırda iki ölkə arasında sülh müqaviləsi istimqamətində danışıqlar davam etdirilir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
2
anews.az

10Mənbələr