AZ

"Rusiyalılar Kursk vilayətində baş verənlərlə bağlı versiyalarda dolaşığa düşüb" - ISW

 
"Rusiya MN Ukraynanın sərhəddi keçmək cəhdlərinin qarşısının alındığını, yerli hakimiyyət döyüşlərin getdiyini bəyan edir..."
 
Rusiya Müdafiə Nazirliyi hadisələrlə bağlı öz bəyanatlarını razılaşdırmayıb
 
Rusiyanın Kursk vilayətinin yerli hakimiyyəti və Müdafiə Nazirliyi regionda baş verənlərin versiyalarını razılaşdırmayıb. Bu səbəbdən də rusiyalılar bir-birinə zidd olan bəyanatlar verib.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitututu (ISW) yazıb.
 
 
ISW: У местных властей и Минобороны РФ разошлись версии о событиях в Курской области
 
Məlumatda deyilir ki, Kursk vilayətinin qubernatoru Aleksey Smirnov və bir neçə rusiyalı hərbi bloger xəbərdarlıq edib ki, Kursk vilayətinin Suc və Korenev rayonlarında döyüş əməliyyatları davam edir. 
 
Eyni zamanda Rusiya Müdafiə Nazirliyi və FTX iddia edib ki, guya, sərhəddi yarıb keçilməsinin qarşısı alınıb.
 
Rusiya mənbələri iddia edir ki, avqustun 6-da Ukrayna qoşunları sərhəddən Kursk vilayətinə bir neçə reyd keçirib.
 
Rusiyalıların versiyasına görə, Ukrayna qüvvələri, guya, Kursk vilayətinin Nikolayevo-Darino və Oleşnya məntəqələri yaxınlığında Rusiyanın mövqelərinə hücum edib.
 
Geolokasiya kadrlarında Kursk vilayətinin Lyubimovkadan qərbə, beynəlxalq sərhəddən şimala doğru təxminən 7 km məsafədə zədələnmiş və atılmış zirehli texnika göstərilib.
 
Rusiya mənbələri iddia edir ki, kadrlarda Ukrayna texnikası görünür, lakin ISW bunu nə təsdiq, nə də təkzib edə bilmir.
 
Rusiya MN iddia edir ki, Rusiyanın ehtiyat qüvvələri Ukraynanın ehtimal edilən reydlərinə cavab verib, Rusiyanın insayder mənbəsi isə iddia edib ki, "Ahmat" çeçen xüsusi təyinatlıları da həmçinin bu reydlərin qarşısını alıb, lakin ISW bu iddiaları yoxlaya bilmir.
 
Rusiya MN bəyan edib ki, Rusiya qoşunları, guya, reydlər zamanı Ukraynanın 16 zirehli maşınını məhv edib və Ukraynanın Sumı vilayətindəki mövqelərinə cavab zərbələri endirib.
 
Rusiyalı blogerlərin dərc etdiyi videoda, guya, Ukrayna reydlərinin nəticələri göstərilib, hərçənd, videoda göstərilən zədələnmələrin əksəriyyəti Ukraynanın adi atəşlərinin nəticələridir və bu rayonda yerüstü əməliyyatların aparıldığını göstərmir.
 
Kursk vilayəti "sərhəddinin keçilməsi"
 
Xəbər verildiyi kimi, avqustun 6-da Rusiya ilə sərhəddə döyüşlərin getdiyi barədə məlumatlar yayılıb. 
 
Rusiyanın hərbyönümlü kanalları Ukraynanı sərhəddi keçməkdə ittiham edib, lakin Silahlı Qüvvələrin Baş Qərargahı bu məlumatı şərh etməyib.
 
Rusiya MN məlumat verib ki, "düşmən sərhəddi keçməyə cəhd edib", lakin "qoşunlar xeyli itki verərək geri çəkilib". Tezliklə onlar bu hissəni özünün Telegram-kanalından çıxarıb.
 
Axşam Kursk vilayətinin qubernatoru Aleksey Smirnov bəyan edib ki, sərhəddə gərgin vəziyyət saxlanılır, döyüşlər davam edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
50
moderator.az

10Mənbələr