AZ

Kursk vilayətində sentyabrın 1-dən distant təhsil imkanını müzakirə edirlər

Kursk vilayətinin hakimiyyəti sentyabrın 1-dən etibarən regionda distant təhsilin mümkün tətbiqini müzakirə edir.

 

Oxu24.com xəbər verir  ki, bunu Kursk vilayətinin qubernatorunun müavini vəzifəsini icra edən Viktor Karamışev Solovyev Live-da deyib.

"Biz indi müzakirə edirik və tezliklə operativ qərargaha sentyabrın 1-dən distant təhsilin keçirilməsi ilə bağlı qərarı təqdim edəcəyik", deyə o bildirib.

Onun sözlərinə görə, gündə 10-15 dəfə raket təhlükəsi ilə bağlı həyəcan siqnalları və mesajlar verilir.

 

Avqustun 15-də həmin gün onuncu dəfə Kursk vilayətində raket təhlükəsi elan edilib.

Avqustun 14-də bildirildi ki, rus qoşunları Ukraynanın Kursk vilayətinin dərinliklərinə keçmək cəhdlərinin qarşısını uğurla alır. Döyüşlər nəticəsində Ukrayna Silahlı Qüvvələri artıq 2 mindən çox hərbi qulluqçu, 35 tank və 31 zirehli transportyorunu itirib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
50
oxu24.com

10Mənbələr