AZ

Zelenski Ukrayna ordusunun cəbhədəki problemlərindən danışıb

Ukrayna lideri Vladimir Zelenski axşam videomüraciətində Ukraynanın müdafiə naziri Rustem Umerovla görüşün təfərrüatlarını açıqlayıb.

Onun sözlərinə görə, görüşdə ölkə qüvvələrinin cəbhədəki vəziyyəti müzakirə olunub.

SİA bu barədə TASS-a istinad edir.

...Nazir və hərbi komandanlıqla biz çətin istiqamətlərdə vəziyyəti ətraflı araşdırırıq, ilk növbədə bu, Pokrovsk istiqamətidir.

Bunu Zelenski deyib və əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin çətin vəziyyəti ona gətirib çıxarıb ki, o, Ukrayna qüvvələrinin baş komandanı Aleksandr Sırskidən vəziyyətlə bağlı bir neçə məruzə alıb.

Zelenski generaldan ölkə ordusunun mövqelərini gücləndirməyi tələb etdiyini vurğulayıb.

...Ukrayna Silahlı Qüvvələrinin DXR-də Pokrovsk istiqamətindəki problemləri Ukrayna Ordusunun Baş Qərargahı tərəfindən də etiraf edilib. Ancaq Zelenskinin özü adətən cəbhənin bu və ya digər hissəsində ölkə əsgərləri üçün çətin vəziyyətdən nadir hallarda danışır.

...Rus saytlarının yazdığına görə, guya Ukrayna Silahlı Qüvvələrinin bir bölüyüDXR-in Proqress kəndi yaxınlığında pusquya düşərək məhv ediliblər.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
50
sia.az

10Mənbələr