Bakı. Trend:
Bu gün səhər saatlarında Xaçmazda fərdi yaşayış evində partlayışbaş verib.
Trend xəbər verir ki, hadisərayonun Nabran kəndində balondan qaz sızması nəticəsində başverib.
Belə ki, partlayış zamanı həmin evdə kirayədə qalan Tovuz rayonsakinləri, 33 yaşlı Elşən Müzəffərzadə, 32 yaşlı Növrəstə Namazovavə 2 yaşlı Mərd Mirzəzadə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılara Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında tibbi yardımgöstərilib.
Faktla bağlı araşdırma aparılır.