AZ

Xaçmazda qaz sızmasından partlayış olub, yaralılar var

Xaçmazda

Xaçmaz, 23 iyul, Elxan Yusifli, AZƏRTAC

Bu gün səhər saatlarında Xaçmazda fərdi yaşayış evində baş verən partlayış nəticəsində üç nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonunun Nabran kəndində balondan qaz sızması nəticəsində baş verib.

Partlayış zamanı həmin evdə kirayədə qalan Tovuz rayon sakinləri, 33 yaşlı Elşən Müzəffərzadə, 32 yaşlı Növrəstə Namazova və 2 yaşlı Mərd Mirzəzadə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılara Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
50
azertag.az

10Mənbələr