AZ

Xaçmazda qaz sızmasından partlayış baş verib: yaralılar var

Bu gün səhər saatlarında Xaçmazda fərdi yaşayış evində partlayış baş verib.

Day.Az xəbər verir ki, hadisə rayonun Nabran kəndində balondan qaz sızması nəticəsində baş verib.

Belə ki, partlayış zamanı həmin evdə kirayədə qalan Tovuz rayon sakinləri, 33 yaşlı Elşən Müzəffərzadə, 32 yaşlı Növrəstə Namazova və 2 yaşlı Mərd Mirzəzadə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılara Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
5
day.az

5Mənbələr