Keçmiş ABŞ prezidenti Donald Trampa sui-qəsddən sonra bütün diqqətlər rəy sorğusunun nəticələrinə yönəlib.
Teleqraf.com xəbər verir ki, CBS News prezident seçkiləri ilə bağlı sorğusunu dərc edib.
Donald Trampa qarşı sui-qəsd cəhdindən sonra rəqibi Co Bayden üzərindəki üstünlüyü artıb.
İyulun 3-də keçirilən sorğuya görə, 50 faiz səs alacağı təxmin edilən Tramp hazırkı anketdə səs nisbətini 52 faizə yüksəldib.
Müəllif: Şəbnəm Zahir