AZ

Sui-qəsd cəhdindən sonra TRAMPA NƏ OLUB?

Amerikalı iş adamı kiçik Donald Tramp Pensilvaniyada keçirilən mitinqdə edilən hücumun onun atasını dəyişdiyini və ABŞ-ın keçmiş prezidentinə uzunmüddətli təsir göstərəcəyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə o, "Axios"a müsahibə verib.

Onun fikrincə, bu dəyişikliklər ictimai çıxışların tonunda da özünü göstərəcək. Keçmiş Amerika liderinin oğlu əlavə edib ki, sui-qəsd məxfi xidmətlər tərəfindən təhlükəsizlik protokollarının "ciddi şəkildə pozulması" olmadan baş verə bilməzdi.

Kiçik Tramp atışma barədə xəbər tutanda Floridada balıq tutduğunu deyib. Bir saat yarımdan sonra atasının yanına gələ bilib. İş adamı bunu “çətin an” adlandırıb. Onun sözlərinə görə, sui-qəsddən dərhal sonra onun təhlükəsizliyini təmin etmək üçün hüquq-mühafizə orqanlarının əməkdaşları onun evinə gəliblər.

Seçilən
91
32
publika.az

10Mənbələr