AZ

Qulağı sarğılı Tramp ilk dəfə ictimaiyyət qarşısında – Video


ABŞ-nin keçmiş prezidenti Donald Tramp Pensilvaniyadakı mitinqdə sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxıb.
Yeniavaz.com
xəbər verir ki, Tramp respublikaçı tərəfdarlarının qarşısına qulağı sarğılı vəziyyətdə çıxıb.
O, ictimaiyyətə “ABŞ-nin növbəti prezidenti” kimi təqdim edilib. Mitinq iştirakçıları onu Trampın sui-qəsd cəhdindən sonra əsas şüarı olan “Mübarizə! Mübarizə! Mübarizə!” (Fight! Fight! Fight!), həmçinin, “Biz Trampı sevirik” (“We love Trump”) şüarları ilə qarşılayıblar.
Eks-prezidentin qurultayda əsas çıxışının cümə axşamı, iyulun 18-də olacağı gözlənilir.
Qeyd edək ki, bazar ertəsi Viskonsin ştatının Miluoki şəhərində respublikaçıların Milli Qurultayı başlayıb. İlk gün nümayəndələr Trampı partiyanın prezidentliyə namizədi, Ohayodan olan senator Ceyms Devid Vensi isə vitse-prezidentliyə namizədi kimi təsdiq ediblər.
Seçilən
77
32
yeniavaz.com

10Mənbələr