AZ

Numan Kurtulmuş: Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə mükəmməl səviyyədədir

Numan

Vaşinqton, 9 iyul, AZƏRTAC

Azərbaycanla əlaqələrimiz bütün sahələrdə mükəmməl səviyyədədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Vaşinqtonda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib.

O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev də dediyi kimi, Türkiyə və Azərbaycan iki dövlət, tək millətdir. TBMM sədri əlavə edib ki, iki ölkə arasında dostluq və qardaşlıqdan da çox-çox irəlidə gözəl əlaqələr mövcuddur.

“Bu əlaqələrin təcrübədə də nəticələr verdiyini görürük. Azərbaycan və Türkiyə əl-ələ verərək, sadəcə, iki dövlətin deyil, 300 milyonluq Türk dünyasının da yenidən güclü şəkildə ayağa qalxması üçün öndəgedən olacaqlar”, - deyə Numan Kurtulmuş bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
3
azertag.az

10Mənbələr