AZ

Numan Kurtulmuş: Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə mükəmməl səviyyədədir - VİDEO

Azərbaycanla əlaqələrimiz bütün sahələrdə mükəmməl səviyyədədir.

Ednews xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Vaşinqtonda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib.

O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, Türkiyə və Azərbaycan iki dövlət, tək millətdir. TBMM sədri əlavə edib ki, iki ölkə arasında dostluq və qardaşlıqdan da çox-çox irəlidə gözəl əlaqələr mövcuddur.

“Bu əlaqələrin təcrübədə də nəticələr verdiyini görürük. Azərbaycan və Türkiyə əl-ələ verərək, sadəcə, iki dövlətin deyil, 300 milyonluq Türk dünyasının da yenidən güclü şəkildə ayağa qalxması üçün öndəgedən olacaqlar”, - deyə Numan Kurtulmuş bildirib.

Əkbər

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
3
ednews.net

10Mənbələr