AZ

Numan Kurtulmuş Vaşinqtonda iş adamları ilə görüşüb

Bakı,TurkicWorld

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş ABŞ- ın paytaxtı Vaşinqtonda, ABŞ-da fəaliyyət göstərən iş adamları ilə görüşüb .

TurkicWorld xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Kurtulmuş Anadolu Aslanları İşadamları Dərnəyi Amerika Regional Başçılığının (ASKON-ABŞ) Türkiyənin Vaşinqton səfirliyində təşkil etdiyi proqramda etdiyi çıxışında, iş adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşməkdən məmnunluğunu ifadə edib.

Vaşinqtonda yaxşı və məhsuldar proqramlar həyata keçirdiklərini bildirən Kurtulmuş, NATO-nun 75-ci ildönümü münasibəti ilə keçirilən TBMM Sədrləri Zirvəsində Türkiyənin fikirlərini ifadə edəcəklərini, yeni bir təklif irəli sürmək üçün həmsöhbətləri ilə görüşlər keçirəcəklərini bildirib.

“Biz təxminən 38 milyard dollarlıq ikitərəfli ticarət dövriyyəmiz olan ABŞ-la əlaqələrimizi daha da gücləndirməliyik. Məqsədimiz ikili ticarət həcmini 100 milyon dollara çatdırmaqdır”,- deyə Kurtulmuş bildirib.

Qeyd edək ki, ticarət sahəsində ABŞ Türkiyənin ixracatında ikicini, idxalında isə beşincidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
1
turkic.world

10Mənbələr