AZ

Numan Kurtulmuş ukraynalı həmkarı ilə görüşüb

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Ukrayna parlamentinin sədri Ruslan Stefançuk ilə görüşüb.
NATO sammiti ilə əlaqədar Amerika Birləşmiş Ştatlarında səfərdə olan Numan Kurtulmuş ukraynalı həmkarı ilə bir araya gəlib.
Məlumata əsasən, Numan Kurtulmuş görüş zamanı Ukraynanın paytaxtı Kiyevdəki uşaq xəstəxanası da daxil olmaqla binalara edilən hücumda həyatını itirənlərlə əlaqədar həmkarına başsağlığı verib.
Ruslan Stefançuk isə öz növbəsində Rusiyanın hücumu nəticəsində yaşanaları əks etdirən görüntüləri Numan Kurtulmuşa göstərib və hücumla bağlı məlumat verib.
Ruslan Stefançuk həmçinin Numan Kurtulmuşu oktyabrın 24-də Latviyanın paytaxtı Riqada keçiriləcək Krım Platformasının sammitinə dəvət edib.
Qeyd edək ki, Numan Kurtulmuş görüşdə Türkiyənin Ukraynanın müstəqilliyi, suverenliyi və Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
1
trt.net.tr

10Mənbələr