Qaraçay-Çərkəz (RF) Müftiliyi respublikada niqab taxmağı qadağan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Qaraçay-Çərkəz Respublikasının müftisi, Şimali Qafqaz Müsəlmanları üzrə Koordinasiya Mərkəzinin sədri İsmayıl Hacı Berdiyev bildirib.
“Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsi müəyyən edilmiş təhlükələr aradan qaldırılana və yeni teoloji nəticəyə qədər Rusiyada müasir şəraitdə niqab taxmağı qadağan edir”, - deyə Hacı Berdiyev qeyd edib.
Bir gün əvvəl Dağıstan Müftiliyinin fətva şöbəsi respublikada niqab taxmağın müvəqqəti qadağan edilməsi ilə bağlı qərar verib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta