AZ

Pedro Lima və Yorgen Strand Larsen “Vulverhempton”da!

Braziliyanın “Sport Resife” klubunun sağ cinah müdafiəçisi Pedro Lima bundan sonra “Vulverhempton”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Premyer Liqa təmsilçisi 18 yaşlı braziliyalının transferi üçün 10 milyon avrosundan keçib. Gənc futbolçu ilə uzunmüddəti müqavilə imzalandığı bildirilib.

Pedro Lima “Sport Resife”nin yetirməsidir. Tam adı Pedro Enrike Kardozo de Lima olan müdafiəçi bu klubun əsas komandasında 26 oyuna 2 qol və 2 assistlə yadda qalıb. Lima Braziliyanın U-17 yığmasında da oynayıb.

“Transfermarkt” internet-portalı 18 yaşlı futbolçunun transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.

İspaniyanın “Selta” klubunun norveçli hücumçusu Yorgen Strand Larsen də bundan sonra “Vulverhempton”un uğurları üçün çalışacaq. Premyer Liqa təmsilçisi 24 yaşlı forvardı satınalma şərti ilə bir mövsümlük icarəyə götürüb.

“Vulverhempton” bir illik icarə üçün “Selta”ya 3 milyon avro ödəyib. Futbolçunun transfer hüquqlarının alınması üçün ödəniləcək məbləğ isə açıqlanmır.

Yorgen Strand Larsen “Selta”ya 2022-ci ilin sentyabrında Niderland “Qroningen”indən 12,4 milyon avro qarşılığında keçmişdi. O, La Liqa təmsilçisinin heyətində 74 oyuna çıxıb, 18 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. “Milan”ın futbol akademiyasından da keçmiş Larsen, “Qroningen”dən öncə “Sarpsborq”da da oynayıb.

Larsen 2020-ci ilin noyabr ayında debüt etdiyi Norveç yığmasında 14 oyuna çıxıb, 3 qol və 3 assistlə yadda qalıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

“Selta” daha bir neçə futbolçusu ilə yollarını ayırıb. Belə ki, perulu dayaq yarımmüdafiəçisi Renato Tapia və ispaniyalı mərkəz müdafiəçisi Xose Fontan La Liqa təmsilçisini tərk ediblər. 28 yaşlı Tapianın klubla müqaviləsinin müddəti bitib və o, azad agent kimi komandadan ayrılıb. Xose Fontan isə Portuqaliyanın “Aroka” klubuna keçib. O da yeni klubuna məhz azad agent kimi qoşulub.

Seçilən
67
50
arena.az

10Mənbələr