AZ

Gigabyte G34WQCP gaming monitoru təqdim edilib

     Gigabyte şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Gigabyte G34WQCP adlanır. Beləliklə bu monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym ölçülü VA ekranla təchiz olunub. Ekran əyilmiş dizaynda hazırlanıb və onun maksimal parlaqlıq səviyyəsi 350 nit təşkil edir. Ekranın istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyədir. Ekran sRGB rəng diapazonunun 120%-ni, DCI-P3 rəng diapazonunun isə 90%-ni əhatə edir. Monitor özündə 2 vatt gücündə iki ədəd səsgücləndiricini, HDMI 2.0, DisplayPort 1.2 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Gigabyte G34WQCP-nin nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat verilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
2
technote.az

6Mənbələr