AZ

AOC AGON GAMING C27G4ZXE gaming monitoru təqdim edilib - QİYMƏTİ

     AOC şirkəti AOC U27V10R adlı adi monitoru ilə yanaşı yeni gaming monitorunu da təqdim edib. Şirkətin yeni gaming monitoru AOC AGON GAMING C27G4ZXE adlanır. Beləliklə bu yeni monitor 280 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 27 düym ölçülü Fast VA ekranla təchiz olunub. Ekran əyilmiş dizaynda hazırlanıb və onun maksimal parlaqlıq səviyyəsi 300 nit təşkil edir. Onun istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 125.7%-ni, DCI-P3 rəng diapazonunun isə 92.4%-ni əhatə edir. Monitor istifadəçi gözlərinin zərərli göy işıqdan qorunması üçün nəzərdə tutulmuş Low Blue Light funksiyasına sahibdir. Monitor özündə DisplayPort 1.4 və HDMI 2.0 girişlərini birləşdirir. AOC AGON GAMING C27G4ZXE-nin nə zaman satışa çıxacağı qeyd edilməsə də bildirilib ki, onun Avropa bazarındakı satış qiyməti 259 avro təşkil edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
technote.az

6Mənbələr