AZ

AOC AGON 27G2ZN3/BK gaming monitoru təqdim edilib - QİYMƏTİ

     AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC AGON 27G2ZN3/BK adlanır. Beləliklə bu yeni monitor 280 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 27 düym Fast VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit təşkil edir və o, HDR10 dəstəklidir. Ekranın istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 123.3%-ni, DCI-P3 rəng diapazonunun isə 92.2%-ni əhatə edir. Üstəlik ekran AMD Adaptive-Sync texnologiyasını dəstəkləyir. Ekranda bulanıq görüntü effektinin aşağı salınması üçün Motion Blur Reduction texnologiyasının dəstəyi reallaşdırılıb. AOC AGON 27G2ZN3/BK özündə HDMI 2.0, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Monitor artıq 240$ qiymətində satışa çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
2
technote.az

6Mənbələr