AZ

AOC Gaming C27G2Z3/BK gaming monitoru təqdim edilib - QİYMƏTİ

     AOC şirkəti öz gaming monitor seriyasını yeni model ilə genişləndirib. Şirkətin yeni monitoru AOC Gaming C27G2Z3/BK adlanır. Beləliklə bu yeni monitor 280 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 27 düym ölçülü Fast VA ekranla təchiz olunub və ekran bir qədər əyilmiş dizaynda hazırlanıb. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 124.2%-ni, DCI-P3 rəng diapazonunun isə 92.4%-ni əhatə edir. Monitor özündə DisplayPort 1.4 və HDMI 2.0 girişlərini birləşdirir. AOC Gaming C27G2Z3/BK bu ayın sonunda Avropa bazarında satışa çıxacaq və onun qiyməti 250 avro təşkil edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
1
technote.az

6Mənbələr