AZ

"Neftçi" ilk transferlərini açıqladı - FOTOLAR

“Neftçi” mövsümlərarası fasilə dönəmində ilk transferilərini həyata keçirib.

Prosport.Az xəbər verir ki, "ağ-qaralar" Edvin Kuts və Emil Səfərovu heyətinə qatıb.

Monteneqro milli komandasının və Azərbaycan yığmasının üzvləri ilə 3 illik müqavilə bağlanıb.

Kuts Monteneqronun “Berane” (2012-2013), “Deçiç” (2013-2014, 2016-2017), “Mladost” (2015-2016), “Rudar” (2017-2019), Çexiyanın “Viagem Usti nad Labem” (2014-2015), Kosovonun “Ballkani” (2019-2024) və “Gyilani” (2020) klublarında çıxış edib, Monteneqro milli komandasının heyətində 7 oyun keçirib, 3 qol vurub. O, Monteneqro çempionatının (2016), Kosovo çempionatının (2022, 2023, 2024), kubokunun (2024) və Superkubokunun (2023) qalibi olub.

“Qəbələ”nin yetirməsi olan 21 yaşlı Səfərov isə 2021-ci ildən bu komandanın şərəfini qoruyub və 2023-cü ildə Azərbaycan Kubokunun  qalibi olub. O, Azərbaycan milli komandasının heyətində 4 oyunda meydana çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
25
prosport.az

10Mənbələr