AZ

Monteneqro millisinin üzvü “Neftçi”də

“Neftçi” mövsümlərarası fasilə dönəmində ilk transferini həyata  keçirib. 

Bizim.Media xəbər verir ki, Monteneqro milli komandasının üzvü Edvin Kuç ilə 3 illik müqavilə bağlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçi Monteneqronun “Berane” (2012-2013), “Deçiç” (2013-2014, 2016-2017), “Mladost” (2015-2016), “Rudar” (2017-2019), Çexiyanın “Viagem Usti nad Labem” (2014-2015), Kosovonun “Ballkani” (2019-2024) və “Gyilani” (2020) klublarında çıxış edib, Monteneqro milli komandasının heyətində 7 oyun keçirib, 3 qol vurub. O, Monteneqro çempionatının (2016), Kosovo çempionatının (2022, 2023, 2024), kubokunun (2024) və Superkubokunun (2023) qalibi olub.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
25
bizim.media

10Mənbələr