AZ

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer etdi

“Neftçi” komandası mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.

Klubdan KONKRET.az-a verilən məlumata görə, “ağ-qaralar” Monteneqro millisinin üzvü Edvin Kuç ilə 3 illik müqavilə bağlayıb.

30 yaşlı yarımmüdafiəçi Monteneqronun “Berane” (2012-2013), “Deçiç” (2013-2014, 2016-2017), “Mladost” (2015-2016), “Rudar” (2017-2019), Çexiyanın “Viagem Usti nad Labem” (2014-2015), Kosovonun “Ballkani” (2019-2024) və “Gyilani” (2020) klublarında çıxış edib, Monteneqro milli komandasının heyətində 7 oyun keçirib, 3 qol vurub. O, Monteneqro çempionatının (2016), Kosovo çempionatının (2022, 2023, 2024), kubokunun (2024) və Superkubokunun (2023) qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
25
konkret.az

10Mənbələr