AZ

"Neftçi" iki futbolçu transfer etdi

style='margin-bottom:10px;'>

“Neftçi”bu yay ilk transferlərini reallaşdırıb.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, klub milli komandamızın üzvü Emil Səfərovu və Monteneqro milli komandasının üzvü Edvin Kuçu sıralarına cəlb edib. Hər iki futbolçu ilə 3 illik müqavilə imzalanıb.

“Qəbələ”nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildən bu komandanın şərəfini qoruyub və 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub. O, Azərbaycan milli komandasının heyətində 4 oyunda meydana çıxıb.

30 yaşlı yarımmüdafiəçi Edvin Kuç “Berane” (2012-2013), “Deçiç” (2013-2014, 2016-2017), “Mladost” (2015-2016), “Rudar” (2017-2019), Çexiyanın “Viagem Usti nad Labem” (2014-2015), Kosovonun “Ballkani” (2019-2024) və “Gyilani” (2020) klublarında çıxış edib, Monteneqro milli komandasının heyətində 7 oyun keçirib, 3 qol vurub. O, Monteneqro çempionatının (2016), Kosovo çempionatının (2022, 2023, 2024), kubokunun (2024) və Superkubokunun (2023) qalibi olub.

Seçilən
54
25
teleqraf.com

10Mənbələr