AZ

İranda prezident seçkiləri – Pezeşkiyan və Cəlili ikinci tura keçdilər


Bütün səsvermə bülletenlərinin nəticələrinə əsasən, İranda prezident seçkilərinin birinci turunda islahatçı Məsud Pezeşkiyan və mühafizəkar Səid Cəlili ən çox səs toplayıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumata görə, namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün Pezeşkiyan və Cəlili iyulun 5-də keçiriləcək ikinci turda görüşəcəklər.
İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslaminin IRIB telekanalına verdiyi məlumata görə, bütün 58,6 min seçki məntəqəsində 24,5 milyon səs hesablanıb. Hesablamaya görə, keçmiş səhiyyə naziri Pezeşkiyan 10,4 milyon, İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneninin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili isə 9,5 milyon səs toplayıb.
Seçkilərdə iştirak 40% təşkil edib ki, bu da İslam Respublikası tarixində ən aşağı göstərici olub.
Digər namizədlər - parlamentin spikeri Məhəmməd Bagir Qalibaf və seçkilərdə mühafizəkarlar qanadını təmsil edən Daxili İşlər və Ədliyyə nazirliklərinin keçmiş rəhbəri Mustafa Purməhəmmədi prezidentlik yarışından çıxıblar. Birinci turun nəticələrinə görə, onlar müvafiq olaraq 3,4 milyon və 206 min səs toplayıblar.
Seçilən
54
50
yeniavaz.com

10Mənbələr