AZ

“Sahah”ın rəqibi bombardirini itirə bilər

“Sabah”ın Konfrans Liqasının II Təsnifat mərhələsindəki rəqibi “Makkabi” (Hayfa) bombardirini sata bilər.

İdman.biz xəbər verir ki, komandanın haitili futbolçusu Franzdi Pyerroya İngiltərədən təklif gəlib.

Çempionşipdə mübarizə aparan “Uotford” hücumçunun xidmətində maraqlıdır. İngiltərəlilər forvard üçün 2 milyon avro ödəməyə hazırdırlar. Amma israillilər Pyerronu 3 milyon avrodan aşağı satmaq istəmirlər.

Qeyd edək ki, 2022-ci ildən “Makkabi”nın şərəfini qoruyan Franzdinin klubla müqaviləsi növbəti mövsümün sonuna qədərdir. O, ötən mövsüm meydana çıxdığı 21 matçda vurduğu 14 qolla komandanın ən məhsuldar futbolçusu olub. Pyerro 2 mövsümdə “Makkabi”nın forması ilə meydana çıxdığı 102 matçda 40 qolla yadda qalıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
5
idman.biz

6Mənbələr