AZ

İsrail klubu "Sabah"ın "qapısını döydü" - SƏBƏB

İsrailin "Makkabi" (Hayfa) klubu Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacağı "Sabah" komadasına müraciət edib

Prosport.Az xəbər verir ki, Hayfa təmsilçisi ilk oyunla cavab matçının yerinin dəyişdirilməsini istəyib. Onlar təklif ediblər ki, cavab oyunu deyil, ilk görüş Azərbaycanda keçirilsin. 

Üstəlik, maddi-texniki çətinliklər səbəbindən “Makkabi” ev matçını əvvəlcədən planlaşdırıldığı kimi Macarıstanda deyil, Bolqarıstanda oynamaq istəyir.

Qeyd edək ki, "Sabah"la "Makkabi" arasında matçlar iyulun 25-də və avqustun 1-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
5
prosport.az

6Mənbələr