AZ

“Sabah”ın rəqibi bombardirini itirə bilər

Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah”la qarşılaşacaq Hayfa “Makkabi”si aparıcı futbolçusunu itirə bilər.

Futbolinfo.az İsrail mətbuatına istinadən xəbər verir ki, komandanın haitili hücumçusu Frantsi Pyerronun karyerasını İngiltərədə davam etdirmək variantı yaranıb.

Belə ki, 29 yaşlı forvard Çempionşip təmsilçisi “Uotford”un maraq dairəsinə düşüb. İngilislər Haiti millisinin üzvü üçün israillilərə 2 milyon avro ödəməyə hazırdır. Ancaq “Makkabi” bu satışdan minimum 3 milyon avro qazanc götürməyi planlaşdırır.

2022-ci ildə Fransa klubu “Genqam”dan transfer olunan Frantsi Pyerronun “Makkabi” ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir. O, ötən mövsüm keçirdiyi 21 oyunda 14 qol vuraraq komandasının bombardiri olub.

Qeyd edək ki, “Sabah”la “Makkabi” arasında oyunlar iyulun 25-də və avqustun 1-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
5
futbolinfo.az

6Mənbələr