AZ

İsrail və Hizbullah müharibəsi ilə bağlı xəbərdarlıq edildi

İsrail və Livanın şiə Hizbullah hərəkatı arasında mümkün genişmiqyaslı müharibənin bütün Yaxın Şərq üçün dəhşətli nəticələri olacaq.

News365.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəbərdarlıq edib.

"Hizbullahın təxribatları İsrail və Livan xalqını istəmədikləri müharibəyə sürükləməklə hədələyir və belə bir müharibə Livan üçün, günahsız İsrail və Livanlı mülki insanlar üçün fəlakətli olacaq".

O vurğulayıb ki, İsrail və Hizbullah arasında genişmiqyaslı döyüşlər asanlıqla Yaxın Şərq üçün dəhşətli nəticələri olan regional müharibəyə çevrilə bilər.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
14
news365.az

10Mənbələr