AZ

ABŞ-dan İsrail-Hizbullah gərginliyi ilə bağlı xəbərdarlıq: Regional müharibəyə çevrilə bilər

Türkiyənin Xarici işlər naziri Hakan Fidanın "3-cü Dünya Müharibəsi riski var" sözləri qızğın olaraq qalarkən, Hizbullahın Livandan İsrailə hücumlarını artırması ilə bağlı ABŞ-dan açıqlama gəldi. Müdafiə naziri Lloyd Austin deyib: “Biz burada müharibənin regional müharibəyə çevrilə biləcəyindən olduqca narahatıq”. dedi.

Turkustan.az xəbər verir ki, İsrail əsgərləri ilə Hizbullah arasında toqquşmaların şiddətlənməsindən sonra ABŞ-dan tənqidi açıqlama gəlib. Vaşinqton administrasiyası Hizbullahın Livan üzərindən artan hücumlarından narahat olduqlarını bildirib və vəziyyətin regional müharibəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

“Hizbullah ilə İsrail arasında müharibənin regional müharibəyə çevrilməsi riskinə diqqət çəkən ABŞ-ın müdafiə naziri Lloyd Austin məsələnin diplomatik həllinə önəm verdiklərini vurğulayıb.

Hizbullahın Livandan artan hücumlarından narahat olduqlarını ifadə edən Austin açıqlamasında: “Livan-İsrail sərhədinin hər iki tərəfindəki gərginliyi dayandırmaq üçün diplomatik həllə əhəmiyyət veririk. “İsrail və Hizbullah arasında müharibə asanlıqla regional müharibəyə çevrilə bilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
14
turkustan.az

10Mənbələr