AZ

KİV: ABŞ Hizbullahla müharibə olacağı təqdirdə İsrailə təhlükəsizlik zəmanəti vəd edib

KİV: ABŞ Hizbullahla müharibə olacağı təqdirdə İsrailə təhlükəsizlik zəmanəti vəd edib

ABŞ-ın yüksək rütbəli rəsmiləri Hizbullahla genişmiqyaslı müharibə olacağı təqdirdə İsraili dəstəkləyəcəklərinə əmin ediblər.AFN.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.Nəşrin yazdığına görə, bu barədə İsrail nümayəndə heyətinin Vaşinqtona səfəri zamanı müzakirələr gedib. Daha sonra son həftələrdə İsraillə İranın dəstəklədiyi Hizbullah qruplaşması arasında sərhədyanı hücumların artması fonunda belə bəyanatlar verilib.Bu həftə ərzində Vaşinqtonda İsrailin strateji işlər naziri Ron Dermer və İsrailin milli təhlükəsizlik müşaviri Tzaçi Haneqbi Bayden administrasiyasının nümayəndələri ilə bir sıra görüşlərdə iştirak ediblər. Onlar həmçinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, dövlət katibi Entoni Blinken və Ağ Evin Yaxın Şərq üzrə koordinatoru Bret Makqurk ilə müzakirələr aparıblar.CNN-in məlumatına görə, görüş zamanı Hizbullah təxribatları məsələsi müzakirə olunub. ABŞ rəsmiləri açıq şəkildə bildiriblər ki, Bayden administrasiyası İsrailə lazımi təhlükəsizlik yardımı təklif edib, lakin ABŞ qoşunlarını yerləşdirməyəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
14
afn.az

10Mənbələr