AZ

Dağıstanda terror aktları qurbanlarının sayı artıb

Dağıstanda törədilən terror aktları nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Respublika Səhiyyə Nazirliyinin məlumatına görə, silahlıların hücumu zamanı 46 nəfər xəsarət alıb.

Həkimlər yeddi yaralının vəziyyətini ağır qiymətləndirirlər. Terrorçular dünən axşam saatlarında Dağıstanda terror ediblər.

Yaraqlılar Mahaçqala və Dərbənddə iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər.

Altı hücumçu öldürülüb.

Rusiya İstintaq Komitəsi “Terror aktı” maddəsi ilə cinayət işi açıb.

TASS xəbər verir ki, Səhiyyə Nazirliyinin qeyd etdiyi kimi, terror aktı nəticəsində yaralanan və ölənlər arasında həm hüquq-mühafizə orqanlarının əməkdaşları, həm də mülki şəxslər var.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
30
sia.az

10Mənbələr