AZ

Dağıstanda törədilən terror aktları nəticəsində 20 nəfər ölüb, 46 nəfər yaralanıb - səhiyyə naziri

Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində baş verən hücumlar nəticəsində 20 nəfər ölüb, 46 nəfər yaralanıb.

Regionun səhiyyə naziri Tatyana Belyayeva bildirib.

"İyunun 23-də Mahaçqala və Dərbənd şəhərində törədilmiş terror aktı nəticəsində həm mülki şəxslər, həm də hüquq-mühafizə orqanlarının əməliyyatçıları da daxil olmaqla 46 nəfər yaralanıb. Təəssüf ki, həm asayiş keşikçiləri, həm də mülki şəxslər olmaqla 20 nəfər həlak olub".

Nazir bu barədə Şimali Qafqaz Regional Səhiyyə Nazirliyinin Teleram kanalında bildirib.

Qeyd edək ki, bazar günü silahlılar Dərbənd və Mahaçqalada iki rus pravoslav kilsəsinə, iki sinaqoqa və yol polisi postuna hücum ediblər.

Mövsüm

Aznews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
30
aznews.az

10Mənbələr