Bakı, 24 iyun, AZƏRTAC
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrə yığmalarına qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B Liqasının I qrupu çərçivəsində iyulun 12-də Bakıda Macarıstanla baş tutacaq görüşü Xorvatiyadan, iyulun 16-da Lozannada İsveçrə komandası ilə oynanılacaq qarşılaşmanı isə Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.
12 iyul
20:00. Azərbaycan - Macarıstan
Baş hakim: Yelena Peykoviç
Baş hakimin köməkçiləri: Sanya Rodyak-Karşiç, Qordana Katuşiç
Dördüncü hakim: Yelena Kumer
“Liv Bona Dea Arena”.
16 iyul
21:00. İsveçrə - Azərbaycan
Baş hakim: Miriama Boçkova
Baş hakimin köməkçiləri: Miroslava Pastorekova, Aleksandra Varqova
Dördüncü hakim: Zuzana Valentova
“Olimpik De La Pontez” stadionu
Qeyd edək ki, son iki tur ərəfəsində Azərbaycan milli komandası 4 xalla dördüncü yerdə qərarlaşıb. İsveçrə 9 xalla birinci, Türkiyə 6 xalla ikinci, Macarıstan isə 4 xalla üçüncü pillədədir.