AZ

Millinin 2 oyununun hakimləri müəyyənləşib

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrə yığmalarına qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb. Sport24.az AFFA-nın saytına istinadən xəbər verir ki, B Liqasının 1-ci qrupu çərçivəsində iyulun 12-də Bakıda Macarıstanla olacaq görüşü Xorvatiyadan, iyulun 16-da Lozannada İsveçrə komandası ilə keçiriləcək qarşılaşmanı isə Slovakiyadan olan hakimlər briqadası idarə edəcək:
 

12 iyul
20:00. Azərbaycan - MacarıstanHakimlər: Jelena Pejkoviç, Sanja Rodjak-Karşiç, Gordana Katuşiç Jelena Kumer (Xorvatiya)Mərdəkan. "Liv Bona Dea Arena" 16 iyul
21:00. İsveçrə - AzərbaycanBaş hakim: Miriama Boçkova, Miroslava Pastorekova, Aleksandra Varqova, Zuzana Valentova (Slovakiya)Lozanna. "Olimpik De La Pontez" stadionu 
Qeyd edək ki, son iki tur ərəfəsində Azərbaycan milli komandası 4 xalla dördüncü yerdə qərarlaşıb. İsveçrə 9 xalla birinci, Türkiyə 6 xalla ikinci, Macarıstan isə 4 xalla üçüncü pillədədir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
16
sport24.az

10Mənbələr