AZ

Azərbaycan millisinin son iki oyununun hakimləri bilindi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi son oyunların təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, millimiz AÇ-2025-in seçmə mərhələsi çərçivəsində gələn ay Macarıstan və İsveçrə yığmaları ilə qarşılaşacaq.

AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, B Liqasının 1-ci qrupunda iyulun 12-də Bakıda Macarıstanla baş tutacaq görüşü Xorvatiyadan, iyulun 16-da Lozannada İsveçrə ilə keçiriləcək qarşılaşmanı isə Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, son iki tur ərəfəsində Azərbaycan millisinin hesabında 4 xal var. Komandamız qrupda dördüncü yerdə qərarlaşıb. İsveçrə 9 xalla birinci, Türkiyə 6 xalla ikinci, Macarıstan isə 4 xalla üçüncüdür.

AÇ-2025-in seçmə mərhələsi
B Liqası, 1-ci qrup
12 iyul

20:00. Azərbaycan – Macarıstan
Hakimlər: Yelena Peykoviç, Sanya Rodyak-Karşiç, Qordana Katuşiç, Yelena Kumer (hamısı Xorvatiya).
Mərdəkan. “Dalğa Arena”.

16 iyul

21:00. İsveçrə – Azərbaycan
Baş hakim: Miriama Boçkova, Miroslava Pastorekova, Aleksandra Varqova, Suzana Valentova (hamısı Slovakiya).
Lozanna. “Olimpik De La Pontez” stadionu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
1
arena.az

10Mənbələr