AZ

Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan ayrılıb

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasından ayrılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı qolkiper Superliqa təmsilçisi ilə müqaviləsini birtərəfli olaraq pozub.

Ötən ilin yayında “Qarabağ”dan Adana təmsilçisinə keçən Ş.Məhəmmədəliyev bu komandanın heyətində 25 matçda 40 qol buraxıb. O, 5 görüşdə isə qapısını toxunulmaz saxlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
50
operativmm.az

10Mənbələr